Jirinovski Rusiyadan çıxışa qadağan qoymağa çağırıb

Jirinovski Rusiyadan çıxışa qadağan qoymağa çağırıb

Jirinovskinin sözlərinə görə, məhz xaricdə istirahət edən rusiyalılar ölkədə yeni oluxma dalğasına səbəb olublar.

BAKI, 18 oktyabr - Sputnik. Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar turistlərin xaricə çıxışını qadağan etmək lazımdır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Rusiya Liberal Demokrat Partiyasını lideri Vladimir Jirinovski bu fikirdədir.

Onun sözlərinə görə, məhz xaricdə istirahət edən rusiyalılar ölkədə yeni oluxma dalğasına səbəb olublar. Siyasətçinin fikrincə, turizm səfərlərinə icazə veriməsi barədə qərar erkən verilib.

"Sərhədlərin açılması qərarına görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır", - Jirinovski vurğulayıb. O əlavə edib ki, gələcəkdə yalnız epidemiyanın olmadığı ölkələrə səfərlərə icazə vermək olar.

Rusiyada indiyədək 1,4 milyonadək koronavirisa yoluxma halı qeydə alınıb, 24 min nəfər isə bu xəstəlikdən vəfat edib.

Mənbə: sputnik.az