Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar”

Ermənistan mediasında ən çox vurğulanan və “əsas ittiham fakt”larından biri də Azərbaycan Ordusundakı “qarapaltarlılar”dır.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, xəbər verir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan da xaruci mediaya açıqlamasında Azərbaycan Ordusunda “qarapaltarlılar” olduğunu və onların “məzdlular olması ehtimalının” yüksəkliyini iddia etmişdi.

Hadrut və Suqovuşanda “peyda olan” “200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edirlər.

Bəs, Ordumuzdakı “qarapaltarlılar” kimlərdir?

Müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən qeyd edək ki, DİN xüsusi təyinatlıları da əsasən qara forlıdır.

Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları isə internetin imkanları daxilindədir. Amma düşmən bunu görməzdən gəlməyə üstünlük verir: belə məlum olur ki, “qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv iştirakçılarıdır.

Erməni əsgərlərinin kabusuna çevrilən qara formalı xüsusi təyinatlılarımızın təlim fotolarından bir neçəsini təqdim edirik:

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Pakistandan bayram təbriki

SONRAKI XƏBƏR

"Real"da yalnız bir futbolçu maaşının azaldılmasına razı olmadı