Sahibə Qafarova: “Qələbə günü uzaqda deyil”

Sahibə Qafarova: “Qələbə günü uzaqda deyil”

“Azərbaycan ordusu hər gün bizə qələbə sevinci yaşadır. Yeni-yeni yaşayış məntəqələrimizi düşməndən azad edirlər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən sədr Sahibə Qafarova deyib.

Xanım sədr bildirib ki, vətən müharibəsində hədəflərimiz bəllidir:

“Cənab prezident İlham Əliyevin dediyi kimi, ərazi bütövlüyümüzün bərpası bizim üçün bi rnömrəli vəzifədir. Ərazi bütövlüyümüz bərpa edilir. Heç bir qüvvə bizi dayandıra bilməz. Bu günə kimi Ali Baş Komandanın dediyi bütün sözlər yerinə yetib. Azərbaycanın qələbə günü uzaqda deyil.”

Spiker işğalçı Ermənistanın mülki insanları hədəf almasına da toxunub:

“Azərbaycanın qələbə gününün yaxın olduğunu düşmən də yaxşı bilir. Ona görə də ən çirkin işlərə əl atır. Dinc əhalimizi, qadın və uşaqlarımızı qətlə yetirir. Xain düşmənin heç bir əməli cəzasız qalmır və qalmayacaq da. Şəhidlərimizə, qətlə yetirilən insanlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm”.

Mənbə: metbuat.az