Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana dur deyilməlidir”

 

“Haqq və ədalət yerini tapmadıqca, Qarabağ probleminin həlli olmayacaq. Ermənistan tez bir zamanda Azərbaycan torpaqlarından çıxmalıdır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

TBMM sədri bildirib ki, işğal etdiyi torpaqlardan çıxmayan Ermənistan terroru dövlət siyasətinə çevirib:

“Ermənistan ordusu Azərbaycanda əhalinin sıx yaşadığı əraziləri, mülki obyektləri hətta dəfn mərasimlərinə toplaşan dinc əhalini belə hədəfə alaraq ölümlərinə səbəb oldu. Bunun başqa yolu qalmayıb, ermənilər qardaş ölkə Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdırlar. Məsələnin bundan başqa həll yolu yoxdur. Gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan Ermənistan silahlarını qoyub döyüş meydanından qaçıb və dinc əhalini özünə rəqib seçib.

Günahsız insanları qətlə yetirmək hərbi cinayətdir. Bütün dünya cavab versin, karsınız, korsunuz, ya lalsınız? Siz bu həqiqətdən qaça bilməzsiniz. Ermənistan qlobal bir problem halına çevrilib. İndi sussanız bu problem hər kəsi təhdid edəcək bir dərəcəyə qalxacaq. Günahsızları öldürən bu terror dövlətinə dur deyilməlidir”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Hacı Zeynalabdin Bələdiyyəsində saxta imza qalmaqalı - İLGİNC FAKT

SONRAKI XƏBƏR

Bakıda söyüş üstündə qanlı dava – Təfərrüat