Əfqanıstan səfiri erməni terrorunu pislədi

Əfqanıstan səfiri erməni terrorunu pislədi

Əfqanistanın Özbəkistandakı səfiri Əhməd Xamid Elmi Azərbaycanın bu ölkədəki dipmomatik nümayəndəliyində olub.

Cebhe.info xəbər verir ki, əfqanıstanlı səfir Ermənistanın Gəncədə törətdiyi qətliamla əlaqəli səfirliyimizdə təşkil olunmuş sərgini də ziyarət edib. Əfqan səfir Ermənistanın bu əməlini hərbi cinayət adlandırıb və qətiyyətlə pisləyib.

"Ermənistan tərəfindən dinc əhali – uşaq və qadınların öldürməsini pisləyir və qınayırıq. Günahsız insanları öldürmək – insanlığa qarşı cinayətdir. Mən ermənilər tərəfindən Azərbaycanın Gəncə şəhərində öldürülən dinc əhalinin ailələrinə başsağlığı verirəm.

Allah rəhmət eləsin! Biz ümid edirik ki, Azərbaycan haqlı olaraq öz işğal olunmuş ərazilərini azad edib və ərazi bütövlüyünü bərpa edəcək. Əfqanıstan həmişə qardaş Azərbaycanın yanındadır, bu belə olub və bu həmişə belə olacaqdır", - deyə səfir bildirib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info