"Çox istərdim ki, Azərbaycanla Naxçıvanı birləşdirən bir dəhliz açılsın"

Türkiyənin məhşur jurnalisti Yüksəl Dəyərcan “Asas medya”n qurumu Azərbaycanın Vətən savaşından yazıb.

Azərbaycan türkləri ayaqda ...

Həyəcan zirvədədir.

Ümid edirəm ki, özlərinə, dövlətinə, millətinə və Türkiyəyə etibarı ən yüksək səviyyədədir.

Demək olar ki, bütün xalqı 30 illik həsrətin sona çatacağına inanır.

Onların heç biri işğal olunmuş ərazilərinin alınmaması ehtimalı barədə düşünmək belə istəmir.

Onlara görə, ox yaydan çıxdı, hədəfinə çatmaq üzrədir.

Yəni Qarabağ ən qısa müddətdə alınacaq.

Bəs Azərbaycanı tək ürək edən, onu tək bir hədəfə bağlayan, dolanışıq, pandemiya, ah çəkdirməyi unutduran, demək olar ki, 10 milyonu birləşdirən nədir?

Qarabağ problemi Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağılmadan əvvəl 1988-ci ildə başladı.

Ermənistanın bu münasibətini yalnız bir səbəblə izah etmək mümkündür.

Sovetlərin dağılmasını görmək və onların dəstəyi ilə türklərin bir-biri ilə qonşu olmasının qarşısını almaq.

Bu məqsədlə Ermənistan Qarabağı özünə birləşdirmək istəyirdi.

Və nə oldu.

SSRİ rəhbərliyi ermənilərə hər cür dəstək göstərdilər. Hətta 20 yanvar 1990-cı ildə sovet tankları ilə Bakıya girdi. Tarixə qanlı bir tarix olaraq yazılan bu vəhşilik, Sovet ordusu tərəfindən Ermənistana görə Azərbaycana gətirildi.

Bu vəhşilik Sovet İttifaqına son qoyacaqdı. Çünki Azərbaycanda istiqlal odu ürəklərə düşdü. Milyonlarla insan küçələrə axışdb. Nəticədə Azərbaycan müstəqilliyini 1991-ci ildə, məhz bu gün, 18 oktyabrda qazandı. Bu vaxt Ermənistanın Qarabağı işğalı davam edirdi. Azərbaycanda silah, əsgər və ya texnika yox idi. Çünki sovetlər birliyi Azərbaycan Türklərini bu imkandan məhrum etmişdi. Xatırladaq ki, Qarabağın işğalı 6 il davam etdi. Qırğınlar, soyqırımlar nəticəsində 1 milyon insan öz ata yurdlarından didərgin düşdü və ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Uşaqlar anasız, atasız, ata-analar isə övladsız qaldılar. Bir milyon insan yurdsuz qaldı. Aclıq, səfalət, vəhşilik və soyqırım. Azərbaycan türkləri bu günləri heç vaxt unutmadılar.

Bu ötən müddətdə acılaırnın kabuslaırnı yaşadılar.

Hər gün doğulduqları torpaqları xəyal etdilər.

Əvvəlcə torpaqlarına sülh yolu ilə çatacaqlarına inandılar.

Bu mübarizə illərlə davam etdi.

Azərbaycan zaman keçdikcə iqtisadi cəhətdən güclənməyə başladı.

Təbii qaz və neft gəlirləri Azərbaycanın gücünə əlavə güc qatdı, ölkə daha da güclənib, qüdrətləndi.

Böyük dövlətlərin onların başını qatdığını görən Azərbaycan gəlirlərinin bir hissəsini ordunun güclənməsinə sərf etdi. Artıq Azərbaycan torpağını dinc yolla ala bilməyəcəyini bilirdi.

Türkiyə Respublikası ilə hərbi sahədə saziş imzalandı.

Tələbələr qarşılıqlı olaraq hərbi məktəblərə göndərildi.

Birgə təlimlər keçirildi.

Azərbaycan ordusu yeni və müasir texnika ilə təchiz edildi.

Bu arada ölkədə millətçilik sürətlə inkişaf edirdi.

Hər dünyaya gələn uşaq Qarabağ sevgisi ilə böyüdülür və körpələrə milli qəhrəmanların adı verilirdi.

Xalqın səbri tükəndi.

Ermənilərin hər hücumu ilə insanlar küçələrə tökülürdü. Dövlətin rəhbərliyi isə döyüşə başlamaq üçün uyğun bir vaxt və şərtlər axtarırdı.

Və 27 sentyabr 2020. Son damla su damcısı bardağı daşıran kimi, ermənilərin təxribatı azərbaycanlıların da səbr kasasını daşırdı.

Son erməni təcavüzündə Azərbaycan silahlı qüvvələri beynəlxalq şərtlərin onların tərəfində olduğunu gördü və torpaqlarını işğaldan azad etmək üçün “Böyük Vətən müharibəsi” nə başladı.

Bəli, Azərbaycan türklərinin bir ürəyi var.

Çünki 10 milyon Azərbaycan türkünün ən böyük hədəfi, xəyali işğal olunmuş torpaqlarını işğaldan azad etməkdir.

Buna görə də insanlar ah çəkməyi, gəlir haqsızlığını, pandemiyanı unutdu.

Azərbaycanda uşaqlardan qocalara, qadınlardan kişilərə qədər hamı Prezidentin ətrafında sıx birləşdi.

İndi xalq hər gün Prezidentdən yeni bir şad xəbər gözləyir.

Mən heç vaxt Azərbaycanı bu qədər qətiyyətli, qürurlu, sadiq, həyəcanlı və bir ürəklə görməmişdim.

Türkiyə sevdası da indiyədək belə yüksək səviyyədə olmamışdı.

Onlar heç vaxt Rusiyaya və ya İrana qarşı təpkilərini bu qədər ortaya qoymamışdılar.

Bəli, bu inam, bu istək, bu birlik Azərbaycanı qələbəyə aparacaq.

Nizə artıq kisəyə sığmır. Artıq bu yoldan geri dönüş yoxdur. Ermənistan işğal altında olan ərazilərindən ya döyüşmədən geri çəkiləcək, ya da Ermənistanın başı cəbhədə əziləcək.

Bu arada bir istəyim də var Nə olaydı Azərbaycanla Naxçıvanı birləşdirən bir dəhliz açılsaydı? Necə gəlib? Əlbətdə əla olardı ... Bu münasibətlə Can Azərbaycanın müstəqillik gününü təbrik edirəm. Növbəti Müstəqillik Gününü Qarabağda qeyd etməyə ümid edirəm ....(ölkə.az)

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Vadim Dubnov: “İrəvanda cəbhədəki həqiqi vəziyyətdən xəbərdardırlar” - ŞƏRH

SONRAKI XƏBƏR

Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop