Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır” - VİDEO

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır” - VİDEO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov Gəncə şəhərinə səfər ediblər.
Onlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkərək vəziyyətlə tanış olublar.

“Biz hadisələri ilk gündən yaxından izləyirik. Biz türk dünyası olaraq, Türk Şurası olaraq Azərbaycanın işğal olunmuş əraziləri azad etmək hüququnu qeyd-şərtsiz dəstəkləyirik. Bu hüquq bütün beynəlxalq sənədlərdə, o cümlədən, BMT-nin 4 qətnaməsində, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində, bütün beynəlxalq forumlarda və ATƏT-in sənədlərində öz əksini tapıb. Türk Şurasının 10 illik fəaliyyəti tarixində şuranın dövlət başçıları tərəfindən çoxlu sayda sənəd, bəyannamə qəbul edilib. Bu sənədlərin hər birində Azərbaycanın işğal olunmuş torpaqları azad etmək hüququna malik olduğu vurğulanır. Təəssüf ki, bu gün hərbi münaqişənin gərginləşdiyini görürük.

Döyüş zonasından uzaq yerləşən məskunlaşma bölgələrinin hədəfə alınmasının heç bir bəraəti yoxdur. Özü də raketlər Ermənistan ərazisindən atılır. Buna bəraət qazandırmaq olmaz. Bunun arxasında müəyyən niyyət var. Ona görə bu cür hərəkətləri qınayır və beynəlxalq ictimaiyyəti də bunu edənləri mühakimə etməyə çağırırıq. Ümid edirik ki, Türk Şurasının banilərindən biri olan qardaş Azərbaycan xalqının mübarizəsi uğurla və bütün işğal olunmuş ərazilərdə qələbəsi ilə başa çatacaq. Qardaş Azərbaycan xalqına sülh, inkişaf və qələbə arzulayırıq.

Xatırladaq ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. 2 yaşayış məntəqəsinə raket düşməsi nəticəsində 14 nəfər həlak olub, 52 nəfər isə xəsarət alıb.

REAL

 

Mənbə: www.realtv.az