Fəzail Ağamalı:Silahlı Qüvvələrimiz Ali Baş komandanımızın rəhbərliyi ilə işğala məruz qalan torpaqlarımızın azad edilməsi yolunda ciddi addımlar atır

Milli Məclisin 20 Oktyabr 2020-ci il iclasında cıxış

Qəhrəman Silahlı Qüvvələrimiz Ali Baş komandanımızın rəhbərliyi ilə işğala məruz qalan torpaqlarımızın azad edilməsi yolunda ciddi addımlar atır, dövlətçilik və hərb tariximizə şərəfli və unudulmaz səhifələr yazır.

Biz ədalətli Vətən müharibəsi aparırıq, qarşımızdakı işğalçı ölkədir, vandal və vəhşilikləri hər addımda ifadə edən barbar, bəşəri dəyərlərə ləkə yaxan tayfadır.

Döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrimizi, mülki əhalini, milli dövlətçilik tariximizin simvolu olan Gəncəni vəhşicəsinə dağıdıcı raketlərlə atəşə tutan, çoxsaylı vətəndaşlarımızı qətlə yetirən cinayətkar, təcavüzkar Ermənistana “dur” deyən yoxdur. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu vəhşiliyə biganə yanaşmaqdadılar.

Onların bizə, igid silahlı qüvvələrimizə “dur” deməyə mənəvi haqları yoxdur. Rəşadətli ordumuz son qələbəyə, işğalçıların axırıncı əsgərini məhv edənə qədər döyüşü aparmalı, onlara tarixin ibrət dərsini verməlidir. Bu xalqımızın sarsılmaz iradəsidir.

Xalqımız sona qədər qələbəmizin ilhamçısı və təşkilatçısı, qətiyyətli Ali Baş Komandanımızla, dünya səviyyəli liderimiz cənab prezidentimizlə, igid və müzəffər ordumuzla bərabərdir.

İndiki tarixi günlərdə bizimlə, ədalətli Vətən müharibəsi aparan ölkəmizlə birgə olan, həmrəylik nümayiş etdirən ayrı-ayrı dünya dövlətlərinə, bir sıra beynəlxalq təşkilatlara, xüsusi olaraq qardaş Türkiyə və Pakistana dərin təşəkkürümü bildirirəm.


Fəzail Ağamalı

Millət Vəkili,

Ana Vətən Partiyasının sədri və

 

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

Pentaqon nüvə raketlərinin yerləşdirmə xərcini artırıb –10 milyard dollar

SONRAKI XƏBƏR

İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"