Ermənilərə “qan udduran” üç generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi... -

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.

Moderator.az xəbər verir ki, 27 il sonra ərazi bütövlüyümüzü bərpa etmək üçün səfərbər olmamız dünya ictimaiyyətinin də diqqətinin çəkib. Bu dəfə isə qardaş Türkiyə mətbuatında əməliyyatlara başçılıq edən üç generalımız: Mais Bərxudarov, Hikmət Mirzəyev və Hikmət Həsənovdan danışılıb.

Hər üç generalımızın əks-hücum əməliyyatlarında əldə etdiyi uğurlar hamı tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, 27 sentyabrdan başlanan əməliyyat nəticəsində 78 yaşayış məntəqimiz düşmən işğalından azad edilib. Hazırda döyüşlər davam edir.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycançılıq ideologiyasının diasporumuza toparlayıcı təsiri ağır Vətən müharibəsi günlərində özünü bir daha göstərdi - I yazı

SONRAKI XƏBƏR

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”