İctimai nəqliyyatın işi ilə məşğul olan şəxslər qayda yarada bilmirlər-AÇIQLAMA

İctimai nəqliyyatın işi ilə məşğul olan şəxslər qayda yarada bilmirlər-AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 19 oktyabr tarixindən noyabrın 2-i saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu ictimai nəqliyyatda müəyyən problemlər- sıxlıq yaratmaqla yanaşı, virusun yayılmasını da intensivləşdirir.

Maraqlıdır, yaranmış vəziyyət nərələrsəbəb ola bilər?

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:

"Koronavirusun dünyada ikinci mərhələsi başlayıb. Virus yoluxduruculuq qabiliyyətini itirməyib, sacədə mutasiyaya uğrayaraq zəifləyib.

Vətən savaşı başlayandan sonra karantin məsələsi arxa plana keçmişdi. İnsanlar belə olan halda vəziyyəti "iqnor" etdilər. Qətiyyən pandemiyanın ön cəbhəyə sirayiət etməsinə icazə verməməliyik.

Vətəndaşların koronavirus davranışlarına riayiət etməməsi, maskanı çənədə gəzdirməsi və s. yoluxma riski yaratdı. Nəzərə almalıyıq ki, pandemiya hələ qurtarmayıb, bu mübarizə sona çatmayıb.

Bunu yaddan çıxarmamalıyıq ki, bizim taleyüklü məsələmiz, torpaqlarımızın işğaldan azad olunması məsələsi həll olunur.

Təəssüflər olsun ki, ictimai nəqliyyatın işi ilə məşğul olan şəxslər qayda yarada bilmirlər. Avtobusların dezinfeksiyası, saylarının tənzimləməsi ilə bağlı məsələlər başlı- başına buraxılıb. Yaranmış hal bu günkü vəziyyət ilə bağlıdır".

Şəlalə Babayeva

Sonxeber.az
 

Mənbə: sonxeber.az