Qafqazdakı kiçik müharibə ABŞ və Rusiyaya böyük dərslər verir...

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə getdikcə pisləşən qlobal mühitdəki xətaları da üzə çıxarır...

Hal Brands
“The Independent” qəzeti, 20 oktyabr 2020-ci il

Kiçik müharibələr bizə ən böyük geosiyasi və hərbi məsələlər haqqında çox şey deyə bilər. Bunun qçün Dağlıq Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında davam edən münaqişəyə nəzər salmaq lazımdır. Yəqin ki, əksər amerikalılar Qafqazdakı mübahisəli ərazi barədə heç eşitməyiblər. Bununla birlikdə, oradakı münaqişə getdikcə pisləşən qlobal mühitdəki ciddi məsələləri ortaya qoyur və müasir müharibələrin təkamülündəki kritik tendensiyaları vurğulayır.

Qafqazdakı müharibə Türkiyə və Rusiyaya sıçraya bilər

Bəzi cəhətdən Azərbaycanın daxilində, etnik erməni bölgəsi olan Dağlıq Qarabağda baş verən hadisələr yeni deyil. Bölgədəki münaqişə Sovet İttifaqının dağılması ilə geridə qalan bir çox “dondurulmuş münaqişələrdən” biridir. Erməni qüvvələri Sovet İttifaqının dağılmasından sonra 1994-cü ildə bitən qəddar bir müharibə ilə Dağlıq Qarabağı işğal etdilər. Münaqişə 10 minlərlə insanın ölümünə səbəb olarkən, nəticədə müharibədə iştirak etməyən insanlar qətlə yetirildi və bəlkə də, 100 minlərlə azərbaycanlı ölkədən qovuldu və ya qaçmaq məcburiyyətində qaldı.

Təəccüblü deyil ki, müharibəni bitirən atəşkəs həmişə kövrək oldu. Beləliklə, sentyabr ayının sonlarında Azərbaycan qüvvələrinin Dağlıq Qarabağa nəzarəti bərpa etməyə çalışdığı vaxtdan başlayan bu qarşıdurma (Azərbaycanın iddia etdiyi kimi Ermənistanın təxribatlarına qarşı) uzun müddət davam edən mübarizənin ən şiddətli təzahürü oldu.

Ancaq iki səbəbə görə müharibəni önəmsiz hesab etməməliyik. Birincisi, müharibənin beynəlxalq sistemdə yaratdığı xaosla əlaqədardır. Amerikanın NATO-dakı müttəfiqi Türkiyənin Azərbaycanın mübarizəsini dəstəklənməsinə qarşı, Ermənistanın Moskva ilə sıx əlaqələrinin olduğunu nəzərə aldıqda bu müharibəni ABŞ-Rusiya müharibəsi kimi də görə bilərik (Rusiyanın Azərbaycanla da yaxşı münasibətləri var, amma Kremlin rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanla münasibətləri daha yaxındır).

Müharibənin Qərb dünyasında gündəmə gətirdiyi gərginliklər

Azərbaycan Türkiyənin kuklası deyil, amma münaqişədə Ankaranın açıq dəstəyini alır Doğrudan da, Türkiyənin düşmənə qarşı hərbi əməliyyatları bərpa etməsi bu müharibənin Türkiyənin öz geosiyasi bölgəsinə təsir etməyə çalışdığı daha böyük bir güc oyununun bir hissəsi olduğuna işarə edir. Bu cəhd son illərdə Suriya və Liviyaya edilən müdaxilələri də əhatə edir.

Prezident Rəcəb Tayyib Ərdoğan bu işdə qətiyyən Vaşinqtonun istədiyi kimi davranmır. Ərdoğan hökuməti Azərbaycanın Dağlıq Qarabağı Amerikada nüfuzlu bir diasporası olan və müharibəni bitirmək üçün ABŞ-ın köməyini istəyən Ermənistandan geri alması üçün Azərbaycana kömək etməyə tam hazır olduğunu bildirib.

İddialar öz təsdiqini tapmasa da, mediada Ərdoğanın ABŞ tərəfindən təmin edilən F-16-ları və suriyalı muzdluların Ermənistana qarşı istifadə etdiyi iddiası ortaya atılıb. İddia təsdiqlənməsə də, Ərdoğanın siyasəti Türkiyənin dəstəklədiyi qarşıdurmada hər hansı bir gərginliyi qəbul etməyəcəyini bildirən Fransa prezidenti Emmanuel Makronu çox qəzəbləndirib.

Fransa və Türkiyə Liviyadakı vətəndaş müharibəsində də rəqibləri dəstəkləyir və bu vəziyyət də iyun ayında türk donanmasının fransız gəmisini hədəf alması ilə bağlı iddialara yol açıb. Fransa-Türkiyə çəkişməsi mövcud Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) içində kəskin bir bölünməyə çevrilib.

Əgər Dağlıq Qarabağ münaqişəsi geosiyasi hiylələrin və ziddiyyətli maraqların qarışıqlığıdırsa, on illərdir Avropada sülhü qoruyan ittifaqdakı qarışıqlıq da get-gedə artır. Əgər Azərbaycan Ermənistanı hərbi cəhətdən məğlub etsə, Rusiya prezidenti Vladimir Putin mövcud böhranda “məğlub” ola bilər. Lakin əgər daha böyük pay bölünmüş olan transatlantik birliyini zəiflətməkdirsə, yenə də qalib gələ bilər.

Bu qarşıdurmaya ciddi yanaşmağın ikinci səbəbi isə kiçik döyüşlərin tarixən böyük döyüşlər üçün məşq rolunu oynamasıdır. Çünki bunlar ortaya çıxmaqda olan yeni anlayışlar və qabiliyyətlər üçün bir sınaq zəmini yaradır. İspaniya Vətəndaş Müharibəsi faşist qüvvələrin mülki insanları bombardmana tutmasına icazə vermişdi. Həmçinin, Almaniyaya da zirehli müharibə ilə bağlı vacib dərslər vermişdi. Eyni şəkildə Qafqazdakı müharibə növbəti böyük güc qarşıdurmasının necə baş verəcəyinə dair ipucları verən son müharibələrdən biridir.

Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsi, ehtimal ki, ilk xəbərdarlıq oldu. Bu ziddiyyət ondan ibarətdir ki, Amerikanın yenidən dirçəldilmiş rəqibi kiber hücumları kinetik hücumlarla birləşdirib, düşmən qüvvələrini aşkarlamaq və çaşdırmaq üçün dünya səviyyəli elektron müharibə bacarıqlarından, Ukraynanın müdafiəsinə zərər vermək üçün də pilotsuz təyyarələr, ağır silahlar və digər inkişaf etmiş hücum qabiliyyətlərindən istifadə edib.

Bənzər şəkildə Suriyadakı vətəndaş müharibəsi də Bəşər Əsəd rejiminin vəhşiliyinə görə deyil, Moskvanın Suriya müxalifətini hədəf almaq üçün həssas vuruş bacarığını göstərməsi və Amerikanın hərəkət sahəsini məhdudlaşdırmaq üçün inkişaf etmiş hava müdafiə sistemindən səmərəli istifadə etməsi baxımından diqqətəlayiq bir məsələdir.

Nə Ermənistan, nə də Azərbaycan xüsusilə inkişaf etmiş bir orduya sahib deyil, ancaq aralarındakı ziddiyyət diqqət çəkicidir. Yaşayış sahələrinə edilən raket hücumları bizə Amerikanın güclü düşmənlərinin Vaşinqtonun uzun müddət təhlükəsiz hesab etdiyi arxa bölgələri və logistik mərkəzləri (məsələn, Mərkəzi Avropa) hədəf ala biləcəyini xatırladır. Tankları və zirehli maşınları məhv edən pilotsuz təyyarələrin görüntüləri onu göstərir ki, inkişaf etmiş sensorlar tərəfindən aşkar edildikdə və həssas sursatla hədəf alındıqda mexanikləşdirilmiş qüvvələr də müdafiəsiz vəziyyətdə qala bilər.

Doğrudur, zireh çoxdandır ki, hava hücumuna qarşı həssasdır və mexanikləşdirilmiş qüvvələrin mövcud müharibədə problem yaşamasının səbəblərindən biri də zəif taktika və köhnəlmiş texnikadan istifadədir. Tankların dövrü bitmir və ABŞ qüvvələrinin Baltikyanı ölkələrdə Rusiyanın hücumuna tab gətirmək üçün ağır zirehə ehtiyacı olacaq. Həmçinin, müasir müharibədə, böyük ehtimalla, ABŞ Rusiyaya qarşı müqavimət göstərərkən hava üstünlüyü olmayacağı üçün tank kimi vasitələri çətinliklə qoruyacaq.

Bununla da, görünür, həm Birləşmiş Ştatlar döyüş qabiliyyətini son dərəcə həssas şəkildə inkişaf etdirməyə ehtiyac duyacaq, həm də ABŞ ordusu üçün bu müharibə Vyetnamdan daha ölümcül olacaq.

Dağlıq Qarabağda davam edən münaqişə dünyanın heç tanımadığı bir bölgədə Sovet keçmişinin bir qalığı kimi görünə bilər. Lakin orada gedən şiddətli qarşıdurma, əslində, gələcəyə dair ip ucları verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Antaliyada DƏHŞƏTLİ QASIRĞA: ölən var

SONRAKI XƏBƏR

İctimai nəqliyyatın işi ilə məşğul olan şəxslər qayda yarada bilmirlər-AÇIQLAMA