Suriya və Qətər arasında uçuşlar başlayır

Suriya və Qətər arasında uçuşlar başlayır

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya Nəqliyyat Nazirliyi Qətərdən bu ölkəyə uçuşların başlayacağını bəyan edib.

"Dəməşqdən Dohaya, Dohadan Dəməşqə uçuşlar başlayır. Bu ölkəmiz üçün çox yaxşı xəbərdir", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb.

Vurğulanıb ki, uçuşların təhlükəsizliyi üçün də bütün tədbirlər görüləcək.

Qeyd edək ki, hal hazırda Suriya Misir, Sudan, Livan və Birləşmiş Ərəb Əmirlikləri ilə uçuşları tam olaraq həyata keçirir.

Mənbə: SANA

Mənbə: eastnews.org