Artsrun Ovannisyan bu sizin üçün: cəhənnəmə xoş gəlmisiniz! BİZİM REDAKSİYA+VİDEO

Artsrun Ovannisyan bu sizin üçün: cəhənnəmə xoş gəlmisiniz! BİZİM REDAKSİYA+VİDEO

Düşmənin döyüş meydanında bir sıra sarsıdıcı məğlubiyyətlərindən və aran Qarabağının ələ keçirilməsindən sonra Ermənistan Müdafiə Nazirliyi yeni bir taktikaya - ictimaiyyətə dezinformasiyası yaymağa əl atıb.

Ermənistan Müdafiə Nazirliyi, xüsusən də rəsmi nümayəndələri Artsrun Ovannisyan və Stepan Şuşanyan həmişəki kimi təkəbbürlü və qəti şəkildə bəyan ediblər ki, ordusunun Xudafərin körpüsü ərazisində Azərbaycan bölmələri üçün cəhənnəm hazırlayıblar.

Bir neçə dəqiqə əvvəl virtualaz.org-un əldə etdiyi məlumata görə, əsgərlərin əsl cəhənnəmə düşdüyünə dair videomateriallar yayılıb. Lakin görüntülərdən də məlum olduğu kimi, kadrlarda Azərbaycan Ordusunun əsgərləri deyil, erməni əsgərləridir.

Cəhənnəmə xoş gəldin, Artsrun Ovannisyan!

Mənbə: virtualaz.org