Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxış edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxış edib. Öncəbhədə yaşananlara, ordumuzun zəfər yürüyüşünə toxunan Qənirə Paşayeva, tariximizdə yeni şanlı, şərəfli səhifələr yazıldığını qeyd edib. O, son yüz ildə zorla əlimizdən alınmış torpaqların ilk dəfə bu miqyasda azad edildiyinə vurğulayaraq, cənab Ali Baş Komandan başda olmaqla, Silahlı Qüvvələrimizə, qəhrəman hərbçilərimizə minnətdarlıq edib. “Şəhidlətrimizin ruhu qarşısında, onların ailələrinin qarşısında baş əyirəm!” deyən Millət vəkili, sərhəd kəndlərində yaşayan, top, raket atəşlərinə, dağıntılara baxmayaraq, öz el-obasını tərk etməyən sakinlərimizin də fədakarlıq və mərdanəlik nümayiş etdirdiyini söyləyib.

Qardaş Türkiyənin, qardaş Pakistanın dövlət rəhbərliyinə, Millət vəkillərinə, media nümayəndələrinə təşəkkür borcumuz olduğunu vurğulayan xanım Millət vəkili, terrorçu, qaniçən Paşinyanın öz haqq etdiyi cəzanı alacağına ümid etdiyini söyləyib.

Qənirə Paşayeva, çıxışının sonunda Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması üçün bütün dünya azərbaycanlılarını, özəlliklə Rusiyada yaşayan soydaşlarımızı daha da fəal olmağa çağırıb.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Erməni kişiləri, heç olmasa qadınlardan nümunə götürün" Arsrun Ovannisyan

SONRAKI XƏBƏR

Zəngilanda üçrəngli bayrağımız dalğalanır - Xəbərlərin 17:00 buraxılışı