1945-ci ildə Reyxstaq binasına tankla girən veteran Samarada öldü

1945-ci ildə Reyxstaq binasına tankla girən veteran Samarada öldü

1945-ci ildə Reyxstaq binasına tankla daxil olan Sovet İttifaqı Qəhrəmanı Vladimir Çudaykin 96 yaşında Rusiyanın Samara şəhərində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Samara bölgəsi, bütün Rusiya kədərləndi: əfsanəvi bir insan, vilayətimizin və Vətənimizin ən hörmətli insanlarından biri, Sovet İttifaqı Qəhrəmanı Vladimir İvanoviç Çudaykin dünyasını dəyişdi”.

Mesajda qeyd edildiyi kimi, 1 may 1945-ci il tarixində, Berlin uğrunda döyüşlər zamanı Çudaykin, hücum qrupunun bir hissəsi olaraq, tankla Reyxstaq binasına girib. Yaralanmasına baxmayaraq tankdan atəş açaraq nasist Almaniyasının qalasına hücum edən piyada qoşunlarına dəstək verib.

Qeyd edək ki, Sovet İttifaqı qəhrəmanı, Böyük Vətən müharibəsi veteranı olan Aleksey Voloşin 100 yaşında vəfat edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az