Yəmən rəsmisi Bəhreyni hədəfə aldı

Yəmən rəsmisi Bəhreyni hədəfə aldı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi Bəhreyni yenidən tənqid edib.

O, açıqlamasında bildirib ki, Bəhreynin Təl Əvivdəki rejimlə barışması həmişə qınanmalıdır.

"Onlar İslam dünyasına və ərəblərə xəyanət etdilər. Bu xəyanət heç vaxt bağışlanmayacaq", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

Məhəmməd Əli Husi açıqlamasında qeyd edib ki, Yəmən xalqı xəyanətkarları heç vaxt unutmur və unutmayacaq.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org