Cəbhədə olan əsgərlərin ailələrinə yardım edilib

Cəbhədə olan əsgərlərin ailələrinə yardım edilib

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə rəşadətli ordumuzun sırlarında cəbhədə xidmət edən əsgərlərimizin ailələrinə, şəhid ailələrinə, işğaldan azad olunmuş torpaqların sakinlərin əməkdaşların, sosial vəziyyəti ağır olan əməkdaşlara ərzaq yardımı edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə İnstitutun direktoru, akademik Nazim Məmmədov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Aparatın rəhbəri Şəhla Əmirova iştirak ediblər.

Tədbirdə iştirak edən akademik Nazim Məmmədov Azərbaycan xalqının tarixi anların şahidi olduğunu, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından ,tezliklə, tamamilə azad edəcəyini vurğulayıb. O, Gəncə şəhərində erməni təcavüzkarlarının dinc əhaliyə qarşı törətdikləri terrordan danışıb. Qeyd edib ki, erməni terrorçuları layiqli cavablarını alacaqlar. Azərbaycan əsgərləri döyüşlərdə müharibə qurbanı olan günahsız vətəndaşlarımızın qisasını layiqincə aldığını bildirib.

Ayaz Bayramov Azərbaycan ordusunun inamla irəlilədiyini, tezliklə məcburi köçkün və qaçqınların şanlı ordumuzun azad etdiyi torpaqlara qaydıcağını, öz torpaqlarında abadlıq işlərinin aparcağını, firavan yaşayacaqlarını qeyd edib.

Sitarə Bağırova bildirib ki, hazırda İnstitut əməkdaşlarından 4 nəfərin övladı, 3 nəfərin həyat yoldaşı Vətən müharibəsində xilaskar ordumuzun tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda cəbhədə xidmət edirlər. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə erməni və onun himayədarlarından azad edəcək. S.Bağırova şanlı ordumuzun düşmən üzərində qələbə qazanacağını bildirib.

 

Mənbə: redaktor.az