İşğalçı Ermənistan ordusunun məhv edilmiş 340 hərbçisinin görüntüsü - VİDEO

İşğalçı Ermənistan ordusunun qüvvələri hələ də Azərbaycan torpaqlarında təxribatlar törətməkdə davam edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq və işğal olunmuş torpaqları düşməndən təmizləmək üçün öz ərazisində hərbi əməliyyatlara başladı.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində işğalçı Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirib.

Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində düşmənin çox sayda canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin hərbi texnikaları sıradan çıxarılıb.

Ermənilərin sosial şəbəkələrdə paylaşımlarına və müxtəlif mənbələrdə yazılan informasiyalara görə Ermənistan ordusunun itirdiyi hərbçilərinin sayı minlərlədir. Lakin Ermənistan Müdafiə Nazirliyinin rəsmi etirafına görə senytabrın 27-dən bu günə qədər 772 hərbçi ölüb.

BAKU.WS-in əməkdaşı məhv edilən erməni hərbçilərindən 340-nın fotolarını əldə edib. Onlar arasında sadə əsgərlərdən tutmuş yüksək rütbətli hərbçilərə qədər müxtəlif rütbəli şəxslər var. Hətta məhv edilənlər arasında zabitlər və komandirlər də mövcuddur.

Ermənistanın hərbi-siyasi rəhbərliyi də başa düşməlidir ki, bu itkilər hələ çox davam edəcək. Bunun qarşısını yalnız və yalnız Azərbaycan torpaqlarını tərk etdikdən sonra almaq mümkündür. Onlar anlamalıdırlar ki, Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizləyəcək və terrorçuları ərazilərimizdən qovacaqlar.

BAKU.WS

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Həkim siyasilər nəylə məşğuldur? - Cəbhəylə bağlı öz planları var - SORĞU

SONRAKI XƏBƏR

İƏT-in dini liderləri toplandı