Serdar Ortaç: Ermənistanı idarə edənlər ruhi xəstə ...

Serdar Ortaç: Ermənistanı idarə edənlər ruhi xəstə ...

"Erməni xalqı ilə heç bir problemim yoxdur, amma rəhbərləri ruhi xəstədir". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin məşhur müğənnisi Serdar Ortaç deyib.

Ortac jurnalistlərin "Azərbaycana kömək üçün döyüşə gedərdinizmi?" sualına belə cavab verib: "Əlbəttə, gedərəm. Ancaq düşünürəm ki, mənim növbəm çatana kimi Azərbaycan vətəndaşları öz torpaqlarını özləri qorumaq iqtidarındadır. Ermənistanın etdikləri xəyanətdir, körpələri öldürmək bəşəri cinayətdir. Əsgərin varsa əsgərlə savaş, mülki şəxslərə raket atmaq nə demək, bu insanlıqdan kənar bir işdir. Erməni xalqı ilə heç bir problemim yoxdur, amma rəhbərləri ruhi xəstədir".

Mənbə: sia.az