“Şəhidlərimiz həmişə qəlbimizdə yaşayacaq”

“Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin!”

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik: “Bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik”.

Ali Baş Komandan əlavə edib ki, döyüş meydanındakı üstünlüyümüz artıq heç kimə sirr deyil: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ

SONRAKI XƏBƏR

“Cafe AnderSon” Bakı şəbəkəsinin sahibi: “Brendin yaradıcısının ermənipərəst mövqeyini qəbul edə bilmərik”