Atəşkəsə nəzarət mexanizmi - Lavrovun indiki planı nədir?

Atəşkəsə nəzarət mexanizmi - Lavrovun indiki planı nədir?

Deputat: “Ortada heç bir real anlaşma yoxdur ki, onun pozulmasına nəzarət mexanizmi də olsun”
Rusiyanın xarici işlər naziri Segey Lavrov deyib ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda atəşkəsə nəzarət mexanizmi üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Lavrov ümid edir ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq. Sergey Lavrov hansı nəzarət mexanizmdən danışır, yenə Rusiya “sülhməramlıları” mövzusuna qayıdılır?
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, əslində atəşkəs və humanitar atəşkəs fərqli hərbi terminlərdir və fəqli məzmun daşıyırlar. Hazırki vəziyyətdə işğalçı Ermənistanın hərbi-siyasi təxribatları nəticəsində 1994-cü ildə imzalanmış arəşkəs rejimi haqqında razılaşma de-fakto və de-yure qüvvədən düşüb. Oktyabr ayının 10-da Moskvada bəyan edilən humanitar atşkəs isə imzalanmış razılaşma deyil sadəcə şifahi bəyannamədir.
Dolayısıyla heç bir hüquqi quvvəsi olmayan və heç bir öhdəçilik yaratmayan fikir bəyanıdır: “Ənənəvi humanitar atəşkəs dedikdə isə adətən 48-72 saatlıq humanitar nüddət nəzərdə turulur ki, bu müddət ərzində döyüş meydanında humanitar məqsədli tədbirlər həyata keçirilir. Ona görə də Sergey Lavrov Rusiya Müdafiə Nazirliyinin atəşkəsə nəzarət mexanizmi üzərində Azərbaycan və Ermənistandan olan həmkarlarının aktiv işləməsilə bağlı səsləndirdiyi fikir ehtimal olunan mümkün perespektivlərilə bağlı fikir mübadiləsinin aparılması kimi başa düşülməlidir. Çünki ortada heç bir real anlaşma yoxdur ki, onun pozulmasına nəzarət mexanizmi də olsun”.
Deputat qeyd etdi ki, heç 26 illik atəşkəs rejimi dövründə belə heç bir nəazrət mexanizmi qurmaq mükün olmadı. Bu heç mümkün də deyildi. İndi isə heç mümkün deyil, çünki təmas xətti hər gün, hər saat dəyişir və torpaqlarımız işğaldan tam azad olunana qədər də belə davam edəcək: “Görünür qısa müddətdən sonra yeni reallıq təmas xəttində deyil Ermənistan-Azərbaycan sərhəddində atəşkəs rejimi məsələsini aktuallaşdıracaq ki, burada da mümkün rejimə riayət etməli Ermənistan olacaq. Çünki Azərbaycan nə vaxt hansı hüquqi öhdəçiliyi üzərinə götürürsə daim ona riayət edir. Prezident İlham Əliyev TASS-a verdiyi müsahibədə faktiki bu suala cavab verərək bildirdi ki, hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır... Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər...
Göründüyü kimi hər gün dəyişən hərbi-siyasi reallıqda əslində tezliklə atəşkəsə nəazrət mexanizmi ideyası ümumiyyətlə tarixin arxivinə qovuşacaq”.

Mənbə: cia.az