“Allah daim xalqımızın başını uca eləsin!..” -  Zəngilanın 1993-cü ildəki icra başçısı

“Allah daim xalqımızın başını uca eləsin!..” -  Zəngilanın 1993-cü ildəki icra başçısı

“Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi münasibəti ilə bütün Azərbaycanı təbrilk edirəm…”

Bunu Moderator.az əməkdaşının gözaydınlığına cavab olaraq 1993-cü ilin yanvarından Zəngilan rayonunun İH başçısı və işğal günlərində Ərazi Müdafiə Qərargahının sədri olmuş, rayonun Canbar kənd sakini İlham Hüseyn söyləyib.

“Allah Ali Baş Komandanımızı, ordumuzu, dövlətimizi, cəmi xalqımızı qorusun! Allah daim xalqımızın başını uca eləsin! Bu 30 ildə çox əzab-əziyyətlər çəkdik. Nəhayət ki, işğal altındakı torpaqlarımıza zəfər yürüşümüz başlayıb. Bayrağımız, inşallah, Qubadlımız, Laçınımız, Şuşamız, Xankəndimiz, Kəlbəcərimiz, Ağdamımızda ucalsın!..

Bu illər boyu inanırdım ki, gec-tez torpaqlarımız azad olunacaq. O günü yuxularda görürdüm və nəhayət ki, yuxumuz çin oldu... Allah cəmi didərginlərimizin arzularını, yuxularını çin etsin!..”

Sultan Laçın

Mənbə: moderator.az