"Azərbaycan üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda yeni tarix yazmalıyıq"

"Azərbaycan üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda yeni tarix yazmalıyıq"

Moderator.az millət vəkili Əli Məsimlinin Milli Məclisin 20 oktyabr tarixli iclasındakı çıxışının əsas məqamlarını təqdim edir:

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə verdiyi müsahibsində bildirib ki,dünya birliyi Ermənistanın Gəncədə törətdiyi qanlı cinayətləri bir səslə pisləyir və bu,ermənilərə baha başa gələcək. Doğrudan da Ermənistanın Azərbaycana qarşı törətdiyibütün cinayət əməllərinin bədəlini həm beynəlxalq,həm də milli qanunvericilikdən çıxış edərək hərtərəfli ödətdirməliyik:

birincisi,Azərbaycanın BMT və digər təşkilatlar tərəfindən tərəfindən tanınmış ərazisində terrorçu faşist rejimi yaradanları;

ikincisi,Birinci Qarabağ Müharibəsi zamanı Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində,eləcə də İkirinci Qarabağ Müharibəsi zamanı həmin siyahıya əlavə olunun Gəncə qətlamları canilərini;

üçüncüsü, əsir və girov götürülmüş 6 mindən artıq insanlara qarşı törədilmiş cinayətin səbəbkar və iştirakçılarını;

dördncüsü,işğal olunmuş ərazilərdəki irili-xırdalı 900-ə yaxın yaşayış məntəqəsinin əksəriyyətini viran qoymaqla Azərbaycana 100 milyard dollarala ölçülən ziyan vuranları;

beşincisi, işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilməsilə,regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək səviyyədə zərbə vuranları;

altıncısı,işğal altında olan ərazilərilərdə narkotik maddələrin istehsalı və tranzitini təyata keçirib torpaqlarımızı narkotrafikə çevirənləri;

yeddincisi, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində oradakı çox dəyərli tarixi və mədəniyyət abidələrini,o cümlədən İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdıb məhv edənləri...Bunlarla yanaşı, 22 muzeyin 40 mindən artıq qiymətli və nadir eksponatı Ermənistana daşıdıqlarına görə müvafiq milli qanunvericilik aktlarını və beynəlxalq konvensiya və sənədələrin tələblərinə uyğun surətdə,həmçinin "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası və digər sənədlər əsasında özümüz tutub, mühakimə etməli, təzminat və sair ödətdirmək işini də həyata keçirməli və bu xilaskar missiyamizla təkcə Azərbaycan üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda yeni tarix yazmalıyıq.

Mənbə: moderator.az