Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcək

Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcək

"Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. Çünki haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqımızın bu savaşı müqəddəs savaşdır və ordumuz da öz gücünü döyüş meydanında göstərir. Heç şübhəsiz ki, Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhərlərimiz, rayonlarımız və kəndlərimiz qaytarılacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, qeyd edib ki, bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcək: "Ali Baş Komandan, Prezident İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaq və heç bir təhdid, hədə, təzyiq milli siyasi iradəmizə təsir edə bilməz. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Xalqımızın Ordusuna və Ali Baş Komandadına ardıcıl dəstəyi, Ordumuzun rəşadəti, Ali Baş Komandanımızın sarsılmaz iradəsi onu sübut edir ki, Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcək. Bu gün artıq heç kəsdə şübhə yoxdur ki, işğaldan azad olunan və olunacaq ərazilərimiz, dağıdılmış şəhərlər, rayonlar, kəndlər yenidən qurulacaq, abadlaşdırılacaq. Elə Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpasına başlanılması söylənilənlərin əyani sübutudur. Onu da qeyd edim ki, işğaldan azad olunan torpaqlarımızın bərpasının ilk nümunəsini Cocuq Mərcanlı kəndi təşkil edir. Bu gün heç kəsdə şübhə yoxdur ki, bütün işğaldan azad olunan və olunacaq ərazilərimiz Cocuq Mərcanlı kimi yenidən qurulacaq, abadlaşdırılacaq, 28 ildir doğma yurd həsrətilə yaşayanlar öz dədə-baba torpaqlarına qayıdacaqlar".

 

Mənbə: olaylar.az