TBMM başqanı: "Qarabağ Azərbaycandır, bunu beynalxalq hüquq da təsdiqləyir"

TBMM başqanı: "Qarabağ Azərbaycandır, bunu beynalxalq hüquq da təsdiqləyir"

"Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və bunu beynalxalq hüquq da təsdiqləyir".

Publika.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərinə səfəri zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib:

"Dağlıq Qarabağın Azərbaycan torpaqları olmasını beynalxalq qanunlarda öz əksink tapıb. Üstəlik beynalxalq qanunlarda Ermənistanın Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxması ilə bağlı rəsmi qətnamələr var. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir. Türkiyə olaraq biz hər zaman Azərbaycanın ərazi haqlı mübarizəsində Azərbaycanın yanında olduq və bundan sonrada yanında olacağıq. Qarabağ Azərbaycandır".

Mənbə: publika.az