Mustafa Şentop: "Minsk qrupu Gəncə hadisələri görməzdən gəlir"

Mustafa Şentop: "Minsk qrupu Gəncə hadisələri görməzdən gəlir"

"Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzrərinə götürən Minsk Qrupu deyilən qrum təəssüf ki, Gəncədə yaşanan hadisələri görmür və görməzdən gəlir".

Publika.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentop bildirib. Məclis başqanı Gəncədən bütün dünyaya bir daha bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır:

"Türkiyə olaraq Azərbaycanın yanında yer almışıq, Azərbaycanın öz ərazilərini işğaldan azad edilməsini daima dəstəkləmişik. Biz Azərbaycanın haqlı mübarizəsini hər zaman dəstəklədik və dəsəkləyirik. Gəncə şəhərinə atılan raket zərbələri bir daha göstərir ki, sivil insanları hədəf seçən Ermənistan müharibə cinayəti törədib. Səsimizi daha da yüksəldərək bütün dünya ya olanları çatdıracağıq".

Mənbə: publika.az