Zəngilandan olan professor: “Qeyri-adi hisslər keçirirəm” – Vüsalla bitən nisgil!

Zəngilandan olan professor: “Qeyri-adi hisslər keçirirəm” – Vüsalla bitən nisgil!

“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir”

“Bu qələbəyə görə ordumuza, xalqımızın sarsılmaz birliyinə minnətdaram. Savaş meydanındakı uğurlarımız xalqımızın döyüş ruhunun, mənəvi birliyinin sarsılmazlığından xəbər verir”

“Fikrimcə, biz ən yaxın zamanda bütünlüklə Dağlıq Qarabağı düşməndən təmizləyəcəyik”

Hər gün qələbə, hər gün yeni bir şad xəbər olarmı? Olar. Əgər bir ölkədə dövlət-ordu-xalq birliyi varsa, hər şey olar. Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin siyasi iradəsi, Silahlı Qüvvələrimizin peşəkarlığı,qətiyyəti , xalqımızın birliyi, həmrəyliyi qarşısında mümkünsüz heç nə yoxdur. Bu gün xalq olaraq daha bir xəbərə - Zəngilan şəhərinin işğaldan azad olunmasına sevindik. Telefonlar dayanmadı, səslər titrədi...

Əminəm, həmin anlarda xüsusi həyəcan keçirənlərdən biri də BDU-nun jurnalistika fakültəsinin professoru, əslən Zəngilandan olan Qulu Məhərrəmli idi. Professor qələbə təəssüratlarını “Sherg.az”la da bölüşüb:

“Əks-hücum əməliyyatlarımız nəticəsində indiyədək bir çox yaşayış yerlərimiz işğaldan azad olunub. Bu gün isə Füzulinin, Cəbrayılın, Xocavəndin bəzi kəndləri ilə yanaşı, Zəngilan şəhəri və bir neçə kəndinin azad olunmasına sevindik.

Çox qeyri-adi hisslər keçirirəm. Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir.

Bu qələbəyə görə ordumuza, xalqımızın sarsılmaz birliyinə minnətdaram. Savaş meydanındakı uğurlarımız xalqımızın döyüş ruhunun, mənəvi birliyinin sarsılmazlığından xəbər verir.

Fikrimcə, biz ən yaxın zamanda bütünlüklə Dağlıq Qarabağı düşməndən təmizləyəcəyik”.

Mənbə: sherg.az