“Ordumuzun uğurları düşmən üçün həm də psixoloji zərbədir”

Azad İsazadə: “Naxçıvanı Azərbaycanla birləşdirmək təklifi də düşməni narahat edir”

“İşğaldakıtorpaqlarımızın ard-arda azad edilməsi heç şübhəsiz ki, Ermənistan üçün həm dəböyük psixoloji zərbədir”.

Bunu Moderator.az-aaçıqlamasında hərbi ekspert Azad İsazadə bildirib. Ekspertin sözlərinə görə,Ermənistanı narahat edən digər məsələlər də var:

“Biz Azərbaycan-İran sərhəddinitam bərpa eləmişik. Bu da Ermənistan üçün böyük zərbədir. İndi qalır Azərbaycan-Ermənistansərhəddini bərpa etmək.

Azərbaycanın nəzarətetdiyi ərazilərlə Naxçıvan arasında məsafə əhəmiyyətli dərəcədə azalıb. HoradizdənNaxçıvana qədər əraziyə ermənilər nəzarət edirdi. Bu məsafə Naxçıvanı coğrafibaxımdan Azərbaycandan uzaqlaşdırmışdı. Onlar Naxçıvana qarşı da iddialar irəlisürürdü. Biz bu məsafəni minimuma çatdırdıq. Hazırda həm Türkiyə, həm də Azərbaycanmediasıdna Naxçıvanı Azərbaycanla birləşdirməklə bağlı fikirlər səslənir. Bu təklifinözü də erməniləri yəqin ki, çox narahat edir”.

Seymur ƏLİYEV

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ

SONRAKI XƏBƏR

Niderland Avropa Liqasında çıxış edən klubunda 8 futbolçuda koronavirus çıxıb