Qonaq otağının divarlarını necə dekor etmək olar?- 9 qayda köməyinizə çatacaq

Əvvəlki kimi gözəl görünməyən qonaq otağınızı kiçik toxunuşlarla canlandıra bilərsiniz. Necə? Divarları dekor edərək.

Lent.az xarici KİV-ə istinadən qonaq otağınızın divarlarını bəzəmək üçün maraqlı məsləhətləri təqdim edir:

Tablolar asın

Köhnə, antik çərçivələrinizə ahəngdar şəkillər qoyaraq hamısını bir divarda istifadə edə bilərsiniz. Bu, diqqəti o divara yönəldəcək. Həm də olduqca sadə görünüş bəxş edəcək.

Rənglərlə canlandırın

Ağ, bej və açıq mavi kimi rəngli divarlarınız varsa, parlaq böyük bir rəsm asa bilərsiniz. Beləliklə divarınızdakı solğun görünüş rənglərlə canlandırılacaq.

Ən sevdiyiniz naxışı divara tətbiq edin

Qonaq otağınızın divarına qaranlıq etməyəcək, parlaq və bəyəndiyiniz naxışlı divar kağızı vura bilərsiniz. Ancaq bütün otağın divarlarını örtmək baha başa gələ bilər. Buna görə bir çox insanın istifadə etdiyi otağın yalnız bir divarını örtmək texnikasından istifadə edə bilərsiniz.

Güzgüdən istifadə edin

Divarlardan birinə asdığınız böyük və bəzəkli güzgü həm gözəl görünəcək, həm də otağı daha böyük göstərəcək.

Antik əşyalardan istifadə edin

Divarınızda hər hansı bir antik dükandan və ya sərgidən aldığınız antik kolleksiya parçalarını birləşdirə bilərsiniz. Ecazkar görünüş əldə edəcəksiniz.

Yaradıcılığınızdan istifadə edin

Məsələn, oturma otağınızda bir komin varsa, odunları onun yanına xüsusi formada qoya bilərsiniz. Belə olduğu halda odunların kominin yanında məcburən deyil, ona gözəl bir görünüş vermək üçün qoyulduğu anlaşılacaq.

Pərdələrdən istifadə edin

Naxışlardan yalnız divarınızda istifadə etmək lazım deyil. Sadə boyalı divarları olan qonaq otağınız üçün gözəl naxışlı, canlı rəngli pərdələrdən istifadə edə bilərsiniz.

Botanika effekti verin

Bağ görünüşünü və botanika mənzərələrini sevirsinizsə, belə rəsm əsərləri asaraq otağınıza müxtəlif bitkilər yerləşdirə bilərsiniz.

Kitabxana yerləşdirin

Kitablarla maraqlanırsınızsa, sizin üçün əla bir fikrimiz var. Divarınızda bir kitabxana qurun. Hətta bu kitabxananın ortasını boş qoyub televizor yerləşdirmək üçün istifadə edə bilərsiniz.

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

SONRAKI XƏBƏR

MN: Bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər