Cəbhənin hər iki istiqamətində uğurlu əməliyyatlar həyata keçirilir

Cəbhənin hər iki istiqamətində uğurlu əməliyyatlar həyata keçirilir

“Dünən gecə saatlarından başlayaraq bu dəqiqəyə qədər artilleriya səsi dayanmayıb. Rəsmi xəbərlərdən əlavə deyə bilərəm ki, Tərtər, xüsusən Ağdam istiqaməti atəşə tutulub”.

Qazet.az xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmməd bildirib.
S.Məmməd qeyd edib ki, düşmən tərəfi daha çox Qarakənd və Uzundərədən artilleriya zərbələri endirirdi: “Zəngilanın işğaldan azad edildiyi xəbər açıqlanarkən, daha çox fəallaşdılar. Azərbaycan artilleriyası da düşmənin atəş nöqtələrinə zərbələr endirdi. Bəzən elə olurdu ki, atəş və mərmi səslərindən qulaq tutulurdu”.
“Cəbhənin hər iki istiqamətində uğurlu əməliyyatlar həyata keçirilir. Bu gün yenə Murovla bağlı erməni tərəfi bir informasiya yaydı. Əmin edə bilərəm ki, bu da yalan idi. Onsuzda hər dəfə ərazi işğaldan azad etdikdə, onlar mütləq bir yeri “qaytarırlar”. Hava qaralandan sonra düşmən əsgərləri dərinliklərdə tez-tez işıqlandırmadan istifadə edirlər. Bu da o deməkdir ki, dərinlikdə belə, rahat deyillər”, – deyə jurnalist vurğulayıb.

Mənbə: qazet.az