BMT TŞ-nın işğal olunmuş torpaqlarımızla bağlı 4 qətnaməsinin müəlliflərindən biri...

BMT TŞ-nın işğal olunmuş torpaqlarımızla bağlı 4 qətnaməsinin müəlliflərindən biri...

Bu gün müzəffər Ordumuzun əzmlə həyata keçirdiyi BMT TŞ-nın 4 məlum, məşhur qətnaməsinin hazırlanmasında və qəbul edilməsində müstəsna xidmətləri olan həmkarım, ağsaqqal dostum, əsl milli ziyalı və dövlət adamı səfir Həsən Həsənovun (1992-1993-cü illərdə Azərbaycan Respublikasının BMT-də Daimi nümayəndəsi) 80 yaşı tamam olur.

Nə yaxşı ki, Həsən müəllim bu gün də sıralarımızdadır, böyük zəhmətinin layiqli bəhrəsini görür. Ona möhkəm can sağlığı, tükənməz enerji və həyatının 60 ilini həsr etdiyi doğma Azərbaycanımızla bağlı bütün arzularının çin olmasını arzulayıram.

Vilayət Quliyev, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri

 

 

Mənbə: moderator.az