İsrail ordusu İranın mövqelərini atəşə tutdu

İsrail ordusu İranın mövqelərini atəşə tutdu

İsrail Silahlı Qüvvələri Suriyada İrana bağlı hərbi qruplaşmalarının mövqelərini bombardman edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail qırıcıları Suriyanın Əl-Qənitrə əyalətinin Hürriyyə kəndində İrana bağlı yaraqlıların mövqelərini bombardman edib. Hava hücumu nəticəsində İrana bağlı yaraqlıların silah anbarları məhv edilib.

Mümkün itkiləri barədə məlumat verilməyib.

Mənbə: teleqraf.com