Hikmət Hacıyevdən BİLD-in iddiasına cavab: “Azərbaycan Prezidenti “sarı mətbuat”a müsahibə vermir”

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına cavab verib.

Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

Belə ki, BİLD-in əməkdaşı Paul Rozenhaymerin guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razılaşması, daha sonra isə imtina etməsi ilə bağlı “Twitter”də iddia irəli sürüb.

Onun cavabında isə Hikmət Hacıyev bildirib ki, heç kim bu nəşrə müsahibə ilə bağlı razılıq verməyib: “Azərbaycan rəhbərliyi adından danışmağınız peşəkarlığa sığmır. Azərbaycan Prezidenti peşəkar mediyaya müsahibə verir, hansısa “sarı mətbuat”a deyil”.

 

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bədənin koronavirusa qarşı qorunmasının qarşısını alan amil açıqlandı

SONRAKI XƏBƏR

Poroşenkoya qarşı dövlət çevrilişi ittihamı ilə cinayət işi açılıb