Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”

Ermənistan baş naziri Nikol Paşinyan heç vaxt olmadığı qədər erməniləri qıcıqlandırmağa başlayıb.

Onlar elə ölkə rəhbərinin sosial şəbəkə hesablarında uğursuz lideri “yıxıb-sürüyür”.

Bizimyol.info xəbər verir ki, Paşinyan “Facebook”dakı son paylaşımında məsuliyyəti xalqın boynuna qoymağa çalışıb. O, ermənilərə təxminən 30 nəfərlik dəstələr formalaşdırmağı, təlimlər keçməyi və müharibəyə yollanmağı məsləhət görüb. Paşinyanın düşüncəsinə görə, bu yolla Azərbaycan ordusunu dayandırmaq olar. Baş nazir ümumilikdə 6 ardıcıl addım tövsiyə edib.

Ermənilər bu paylaşımdan çox qəzəblənib. Statusa 11 mindən çox rəy yazılıb. Düzdür, azərbaycanlıların da rəyi az deyil. Amma ermənilər də çox yazıb və Paşinyanı kəskin tənqid ediblər.

Sona Kurqinyan yazıb ki, problemin diplomatik həlli olmalıdır. Sosial şəbəkə istifadəçisi Ermənistan ordusunun darmadağınından narahatlıq ifadə edib.

Silva Asatryan Paşinyanın yazdıqlarına lağ edib. Qadın yazıb ki, Qarabağ erməniləri qaçıb gizlənir, amma onların 18-20 yaşlı uşaqları döyüşlərdə ölür.

Adı ermənicə yazılmış sosial şəbəkə istifadəçisi baş naziri uğurlu şəkildə məsxərəyə qoyub: “7. Qayıdın. 8. Ən azı 5 uşaq dünyaya gətirin”. İstifadəçi bununla Ermənistan ordusunun böyük itkilərinə eyham vurub.

Narine Mxitaryan Paşinyana sual verib: “Cənab baş nazir, həlak olan əsgərlərin valideynlərinin gözlərinə baxa bilirsiniz? Sülh yolu haqda düşünmək lazımdır”.

Daha bir erməni baş nazirin nəzərinə çatdırıb ki, hava hücumu haqda fikirləşmək vacibdir: “Kalaşnikov avtomatıyla müharibə aparmazlar”.

Narine Hakobyan isə baş naziri müdafiə etməyə çalışıb. Erməni qadın yazıb ki, Paşinyan nə qədər çalışsa da, onun etdikləri qiymətləndirilmir, yalnız şikayət oxuyur.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasının ofisində atışma: yaralılar var

SONRAKI XƏBƏR

İnsanları bankda girov saxlayan adam təslim oldu