ABŞ Tehrana xəbərdarlıq etdi

“İranın Yaxın Şərq bölgəsində sülh və təhlükəsizliyinə qarşı yürütdüyü təxribat xarakterli fəaliyyətinin qarşısı alınmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib.

“ABŞ hesab edir ki, İran Yaxın Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir. Məlum məsələdir ki, ölkələr bir-birinə dəstək olub İranın qarşısında dayansalar, dünya daha təhlükəsizlik bir yerə çevriləcək.

Bu gün biz İranın regionun sabitliyinə qarşı yönəlmiş bir sıra dağıdıcı fəaliyyətlərinin şahidi oluruq. İranın terrorçu qruplaşmalara dəstək verməsi və ya ballistik raketlərini inkişaf etdirməklə, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasından boyun qaçırması buna bir misaldır”, - xanım diplomat qeyd edib.

Kraft İranın İsrailə qarşı terror təşkilatlarını dəstəklədiyinə də diqqət çəkib.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ərəb ölkələrində erməni təbliğatı niyə güclüdür?

SONRAKI XƏBƏR

Zəngilanda ucaldılan üçrəngli bayrağımız hansı dövlət binasının qarşısında dalğalanır?