Nikoldan Aİ-yə şok təklif: Eynicinsli nikahları leqallaşdırarıq…

Nikoldan Aİ-yə şok təklif: Eynicinsli nikahları leqallaşdırarıq…

Rusiyadan əli üzülən, yüz fitnə-fəsadla ortalığı qarışdıraraq, rus əsgərlərini gətirib Qarabağda Azərbaycan ordusuna qarşı döyüşdürməyəi bacarman baş nazir Nikol Paşinyan ölkəsinin üzünü tamamilə Qərbə sarı döndərməyi düşünür.

Qazet.az xəbər verir ki, “suda boğulanlar saman çöpündən yapışdığı” kimi bu da Avropa dövlətlərin həssaslıq göstərdiyi məqamlara vurğu yapır, özünü Rusiyadan qopmu, Qərbin prioritetlərinə dəyər verən biri kimi göstərmək istəyir.

Bu günlərdə rusdilli erməni mediasında Paşinyanın Ermənistan parlameninin növbədənkənar toplantısında etdiyi çıxışdan sitat gətirilib. Həmin açıqlamasında Paşinyan deyib ki, əgər Avropa İttifaqı Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanısa, onun ölkəsi bircinsli nikah leqallaşdıracaq.

Ermənistanın Avropanın bir hissəsi olduğunu deyən baş nazir bu qitənin prioritetlərinə üstünlük verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, son günlərdə erməni rəhbərlərin əsas siyasi xətti dünya dövlətlərinə yalvar-yaxar edərək qondarma “DQR”-in “tanıdılıması”na yönəlib. Onlar artıq hansısa qəsəbənin, kiçik şəhərin belə bir avantürist bəyanatlar verməsini bayram edirlər, ancaq özləri də bilirlər ki, bu kafi deyil.

musavat

Mənbə: qazet.az