Azərbaycanda qələbə paradı: Düşmən məğlub olur - "Onlar elə qaçır ki..."

ABŞ Konqresinin respublikaçı ermənipərəst üzvü Qreys Napolitan qondarma, separatçı Qarabağ rejiminin tanınması ilə bağlı Nümayəndələr Palatasının sədrinə qətnamə təqdim edib. Həmçinin, Napolitan öz Tvitter səhifəsində paylaşım edərək, Qarabağın Azərbaycanın tərkibindən çıxarılması gərəkdiyini bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov Q.Napolitanın bu qətnaməsinin hazırki məqamda heç nəyi dəyişməyəcəyini bildirib:

“Bu qətnamə o demək deyil ki, Konqres bu qətnaməni qəbul edəcəkdir. Bu, Konqresin bir üzvünün fikiridir. Hələ məlum deyil ki, ABŞ Konqresi bu məsələni müzakirəyə çıxaracaq ya yox. Hətta məsələ müzakirəyə çıxarılsa və təsdiq olunsa, bu, heç nəyi həll etmir. Azərbaycanın ərazi bütövlüyü BMT-də təmsil olunan bütün ölkələr tərəfindən qəbul olunub və Təhlükəsizlik Şurası tərəfindən işğalçı ölkənin hərbi birləşmələrinin Azərbaycan ərazisindən qeyd şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul olunub. Dünya ölkələri tərəfindən tanınmış bir ölkənin ərazi bütövlüyünün dəyişdirilməsi kiminsə istəyi ilə olunmur”.

Millət vəkili Azərbaycanın bu gün beynəlxalq hüququn həll edə bilmədiyi problemi öz gücü ilə həll etdiyini bildirib:

“Burada beynəlxalq hüququ pozan heç bir hərəkət yoxdur. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və tez bir zamanda işğalıçı qoşunları məhv edərək, ölkəmizdən çıxarmalıyıq. Bütün bu söz-söhbətlər müvəqqətidir. Düşünürəm ki, tezliklə böyük qələbəyə imza atacağıq. Bir sözlə, qələbə paradına az qalıb. Onlar elə qaçır ki...", - deyə o bildirib.

Mahir Xəttab Redaktor.az

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim olub

SONRAKI XƏBƏR

Футболистов «Карабаха» в Израиле встретили баннером: «Карабах – это Азербайджан!»