“Məscidlər yığdığı ianələri şəhid ailələrinə versin”- Təklif

“Bu gün vətəndaşlar, icmalar, dövlət qurumları, siyasi təşkilatlar, biznes subyektləri, diaspor təşkilatları, aktivistlər, bir sözlə, hər kəs tək ürək, tək yumruq olub öz imkanları daxilində Azərbaycanın haqlı davasına, işğalçıların terroruna məruz qalan mülki şəxslərin zərərlərinə, müharibədə iştirak edənlərin ailələrinə dəstək göstərirlər”.

Cebhe.info xbər verir ki, bunu iqtiadçı-ekspert Rəşad Həsənov deyib. R.Həsənov məscidlərin də bu məsələdə dəstək verməsinin vacibliyini vurğulayıb:

“Bəs bizim məscidlər hardadır? İllərlə heç kəsə heç bir hesabat vermədən, bu millətdən yığdıqları ianələrin heç olmasa bir hissəsinin bu müqəddəs amal üçün sərf edilməsinin zamanı çatmayıbmı?

Təklif edirəm ki, "xüms" adı ilə ölkədən hər il çıxarılan milyonlar bundan sonra hər il ictimai nəzarət altında şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına tam bərabər şəkildə bölünərək bank hesablarına köçürülsün. Cəmiyyət tərəfindən tanınan, qəbul edilən din xadimlərindən də xahişim budur ki, müvafiq istiqamətdə maarifləndirmə işlərini təşkil edərək bu xalqın ödədiyi ianələrin və xümsün bu xalqın ehtiyaclarına yönəldilməsinə vəsilə olsunlar”.
Vilayət Muxtar
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Футболистов «Карабаха» в Израиле встретили баннером: «Карабах – это Азербайджан!»

SONRAKI XƏBƏR

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı