Xilaskar Azərbaycan ordusu- Qubad İbadoğlu yazır

Xilaskar Azərbaycan ordusu:
- Füzuli rayonunun: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini;
- Cəbrayıl rayonunun: Bələnd (mən bildiyim qədər Balyand olmalıdır), Papı, Tulus, Hacılı, Tinli;
- Zəngilan rayonunun: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini
işğaldan azad edib.
P.S. Belə görünür ki, Füzuli rayonun Xocavənd tərəfdə və Qozluçay dərəsində yerləşən bəzi kəndləri, o sıradan bizim kəndlər - Aşağı Güzlək və Aşağı Rəfəndli- hələ elan edilməyib. Aşağı Seyidəhmədli kəndində ermənilərin ən böyük bunkeri olduğundan, bu kənd bir neçə həmlədən sonra yenilməz ordumuzun rəşadəti sayəsində azad edilmişdir.
P.P.S. Cəbrayıl rayonunun elan edilən kəndləri Hadrut qəsəbəsi istiqamətində olanlardır. Zəngilan rayonuna gəlincə, elan edilən ərazilər arasında Mincivan dəmiryol stansiyasının olması onu deməyə əsas verir ki, Bakı-Horadiz- Qafan və Naxçıvan dəmiryolu Qafanadək bizim nəzarətimizə keçib. Çünki, Mincivan həmin xətt üzrə Azərbaycanın Naxçıvanadək olan sonuncu stansiyası idi, ondan əvvəl isə Qubadlı rayonunun Akara stansiyası gəlirdi. İşğaldan azad olunan kəndlər isə Araz çayı boyunca yerləşir.
P.P.P.S. Böyük ehtimalla bu istiqamətdə növbəti elan edilən kəndlər Qubadlı rayonun Zilanlı, Mahruzlu, Xanlıq və digər yaşayış əraziləri olacaq.
Teref.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Fuat Oktay: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək"

SONRAKI XƏBƏR

Kahramanmaraşdan Ahmet Yıldız Prezident Əliyevə yazdı – Azərbaycanı çox sevən şəxs kimi...