Qələbə gününü qeyd etməyə hazırlaşırıq – məhkum Vüqar Baxşəliyev Prezident İlham Əliyevə yazdı...

Qələbə gününü qeyd etməyə hazırlaşırıq – məhkum Vüqar Baxşəliyev Prezident İlham Əliyevə yazdı...

Bakı şəhərindən daha bir məhkum - Baxşəliyev Vüqar Prezident İlham Əliyevə müraciət ünvanlayıb: “Bu gün hər kəs əmindir ki, 30 ilə yaxındır mənfur düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad ediləcəyi məqam yetişib. Qüdrətli ordumuzun uğurla apardığı əks-hücum əməliyyatı hamımızda Qələbə əhval-ruhiyyəsi yaradıb. Biz bu günü səbirsizliklə gözləyir, böyük inam hissi ilə Qələbə bayramını, zəfər gününü qeyd etməyə hazırlaşırıq.

Dövlətimiz üçün belə bir məsuliyyətli dövrdə məhkum həyatı yaşamaq ikiqat ağırdır.

Torpaqlarımızın işğal altından azad edilməsində iştirak etmək arzusu ilə Sizə müraciət edir, Vətənim üçün canımdan keçməyə hazır olduğumu bildirirəm”.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com