Vətən üçün canımı fəda etməyə hazıram – məhkum, hüquqşünas Əli Nəcəfov Prezidentə yazdı...

Vətən üçün canımı fəda etməyə hazıram – məhkum, hüquqşünas Əli Nəcəfov Prezidentə yazdı...

“Mən ali təhsilli hüquqşünasam. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. 2005-2006-cı illərdə müddətli həqiqi hərbi xidmətimi Murovdağ yüksəkliklərində yerləşən hərbi hissədə keçirmişəm. Hazırda isə məhkumluq həyatı yaşayıram. Törətdiyim cinayət əməlinə görə səmimi peşmanam.

Ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildiyi, torpaqlarımız uğrunda ağır döyüşlərin getdiyi bir vaxtda düşünürəm ki, mən də ön cəbhədə olub, düşmənlərimizə qarşı vuruşmalıyam. Bu yolda canımı fəda etməyə hazıram.

...Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşmaq üçün ön cəbhəyə yollanmaq, döyüşə atılmaq istəyirəm.

Sizi əmin edirəm ki, hərbi anda sadiq qalaraq, bütün gücümü, bilik və bacarığımı düşmənin məğlub olması üçün sərf edəcəyəm. Lazım gələrsə, Vətən uğrunda şəhid olacağam. Əmrinizi gözləyirəm, cənab Prezident”. Bunu Bakının Xəzər rayonundan məhkum Nəcəfov Əli Allahverdi oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com