Kahramanmaraşdan Ahmet Yıldız Prezident Əliyevə yazdı – Azərbaycanı çox sevən şəxs kimi...

“Sizi Türkiyənin Kahramanmaraş şəhərindən salamlayır, mənim üçün dəyərli olan azərbaycanlıları ən səmimi duyğularla dəstəklədiyimi, böyük Qələbənizə, yeni zəfərlərinizə bizim də burdan qatıldığımızı bildirirəm.

Ulu Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. İnşallah, zəfər bizimlədir. Azərbaycanı çox sevən bir şəxs kimi hər zaman onun azadlığı yolunda canımdan keçməyə hazır olduğumu bildirirəm.

Bütün azərbaycanlı qardaşlarımı Allaha əmanət edərək deyirəm ki, Azərbaycan kimi Vətənim olduğu üçün xoşbəxtəm”. Bu sözləri Türkiyə Respublikasının Kahramanmaraş şəhərindən Ahmet Yıldız Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Xilaskar Azərbaycan ordusu- Qubad İbadoğlu yazır

SONRAKI XƏBƏR

Qələbə gününü qeyd etməyə hazırlaşırıq – məhkum Vüqar Baxşəliyev Prezident İlham Əliyevə yazdı...