Paşinyan yenə geri addım atdı: Sözçüsü “danışıqlara hazırıq” deyir

Ermənistan hökumət başçısı Nikol Paşinyanın mətbuat katibi İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlara hazır olması məsələsini şərh edib.

“Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllinə hazırdır və ATƏT-in Minsk qrupunun, xüsusən Rusiyanın səylərini yüksək qiymətləndirir”.

Ovqat.com xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi RİA Novosti-yə açıqlamasında belə deyib..

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda bəyan etmişdi ki, indiki mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həllindən danışmaq mənasızdır.

Paşinyanın bu bəyanatından sonra mətbuat katibinin təcili əks mövqedən çıxış etməsi Ermənistan hakimiyyətinin çarəsizliyindən xəbər verir. Belə ehtimal yaranır ki, xarici erməni lobbilərinin təsiri altında müharibəni davam etdirmək məcburiyyətində qalan rəsmi İrəvan daha aşağı səviyyəli sözçüləriylə “qələt elədim” ərizəsi verirlər.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

SONRAKI XƏBƏR

Yunanıstan sahillərində güclü zəlzələ