Ordumuz ədaləti təmin edir (VİDEO)

Ordumuz ədaləti təmin edir (VİDEO)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi üçün Moskvaya səfər edib.

Bundan başqa oktyabrın 23-də xarici işlər nazirinin Vaşinqtonda ABŞ baş katibi Mayk Pompeo və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrıca görüşünün keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə ATƏT-in Mİnsk qrupunun həmsədrləri tərəfindən təşkil edilən bu görüşlər humanitar atəşkəsə riayət olunması ilə bağlı aktivlik nümayiş etdirilməsi və vasitəçilik səylərinin gücləndirilməsi kimi nəzərdən keçirilməlidir. Bunu Reala açıqlamasında XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirdi.

Azərbaycanın bu gün döyüş meydanında əldə etdiyi uğurlar Azərbaycanın diplomatik müstəvidə də mövqelərini möhkəmləndirir. Azərbaycan diplomatiyası 27 sentyabrdan etibarən silahlı qüvvələrimizin əks hücum əməliyyatları ilə əlaqədar beynəlxalq ictimaiyətin məlumatlandırılması istiqamətində davamlı addımlar atıb.

Azərbaycan ərazisindən erməni silahlı qüvvələrinin dərhal və qeyd şərtsiz çıxarılması ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi var.

Leyla Abdullayeva bildirir ki, Azərbaycan və Ermənistan arasında bütün bu illər ərzində aparılan danışıqlar onu göstərir ki, ermənistanın məqsədi vaxt uzadaraq işğalı davam etdirib, hətta azərbaycan torpaqlarını anneksiya etməkdir.

 

Mənbə: www.realtv.az