“Ali Baş Komandana “Ordu Generalı” hərbi rütbəsi verilsin” – TƏKLİF

“Ali Baş Komandana “Ordu Generalı” hərbi rütbəsi verilsin” – TƏKLİF

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə şübhə yoxdur. Ali Baş Komandan İlham Əliyevə "Ordu Generalı" ali hərbi rütbəsi verilməlidir. Bunun verilməsi qaydalarını hüquqşünaslar daha yaxşı bilər. Azərbaycanda belə hərbi rütbə var və bu ad Azərbaycanın ərazi bütövlüyününü təmin edən şəxsə verilir”.

Cebhe.info xəbər verir ki, bu təkliflə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O, əsgər və zabitlərimizin də müharibə gedişində təltif olunmasını məqsədəuyğun hesab edib:

“Müharibədə konkret qələbələrimiz var. Əsgər və zabitlərimiz bu qələbənin əldə olunmasında misilsiz xidmətlər göstərir. Ona görə də əsgər və zabitlərimiz təltif edilməlidir. Milli Qəhrəman adı və digər fəxri adlara layiq görülməlidirlər. Bunun edilməsi müharibənin gedişində ordumuzda ruh yüksəkliyinə səbəb olacaq. Bu adları haqq edən hərbçilərimiz var”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info