"Özümü dünya lideri hesab etmirəm" - Putin

Rusiya Prezidenti Vladimir Putin özünü dünya lideri hesab etmədiyini və həmkarlarından - digər dövlətlərin liderlərindən heç bir şəkildə fərqli olduğunu düşünmədiyini söyləyib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” klubunda verilən suala cavabda deyib.

Putin bildirib ki, o, praqmatik insandır: "Səmimi deyim ki, özümü dünya lideri hesab etmirəm, nə də bu imic üçün çalışmıram. Mən digər övlətlərin liderlərindən fərqli deyiləm. Sadəcə, ölkəmi gücləndirməyə çalışıram. Bu, mənim əsas məqsədim və həyatın mənasıdır".

MİA.AZ

 

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Xankəndidən qaçıb: “Ruh şəhər”də küçələr boşdur

SONRAKI XƏBƏR

Azərbaycana mal əti və dərman idxalı artıb