Qələbədən sonra cəzamın qalan hissəsini çəkməyə hazıram – Xəzər rayonundan məhkum Tural Platxanov Prezidentə yazır

Qələbədən sonra cəzamın qalan hissəsini çəkməyə hazıram – Xəzər rayonundan məhkum Tural Platxanov Prezidentə yazır

Bakının Xəzər rayonundan məhkum Tural Platxanov Prezident İlham Əliyevə müraciət edib. “Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq şanlı Ordumuzun başladığı əks-hücum əməliyyatını qətiyyətlə dəstəkləyirəm. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi mənə də sonsuz qürur hissi yaşadır. Çünki Qarabağ bizim dədə-baba torpağımızdır.

Mən ali təhsil aldıqdan sonra sərhəd qoşunlarında hərbi xidmət keçmişəm. Etdiyim bir səhlənkarlığa görə məsuliyyətə cəlb olunmuşam. Məhkumluğum Vətənimə, torpağıma, millətimə sevgimə xələl gətirməyib və bu sevgidən irəli gələrək şanlı Ordumuzla birlikdə zəfər çalana qədər döyüşməyə hazır olduğumu bildirmək istəyirəm. Qələbədən sonra cəzamın qalan hissəsini çəkməyimə hazıram” - deyə məhkum Tural Platxanov Prezident İlham Əliyevə müraciətində bildirir.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com