Ankaradan türk qazilərinin İlham Əliyevə müraciəti – Azərbaycan tək deyil

Ankaradan türk qazilərinin İlham Əliyevə müraciəti  – Azərbaycan tək deyil

“Biz Türkiyə üçün hər zaman xainlərə, sepatçı qüvvələrə qarşı mübarizə aparan qazilərik.

Bu məktubu yazdığımız vaxtda Sizin, Azərbaycan dövlətinin şanlı ordusunun və xalqınızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdığınızı görürük. Bu qəhrəmanlıq eposunun yazilmasında hər zamanında Sizinlə olduğumuzu bildiririk.

Azərbaycan tək deyil, Türk dövləti və milləti həmişə olduğu kimi yenə də Azərbaycanın yanındadır. Biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəf alan hər cür cəhd və təxribatına qarşıyıq. Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik.

Böyük türk milləti, o cümlədən biz qazilər Sizin rəhbərliyinizlə işğalçı Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin hər bir qələbəsini böyük sevinc və həvəslə qarşılayırıq.

Əminik ki, gələcək nəsil Türk Dünyasının ortaq coğrafiyasını, mədəni, mənəvi dəyərlərinin yaşadılmasını, ümumi tarixi və mədəni dəyərləri qoruyacaq.

Bir daha Vətən bildiyimiz Azərbaycanın haqq mübarizəsində yanınızda olmaq üçün hər an Azərbaycana gəlməyə hazır olduğumuzu bildirir, şəhid ailələrinə başsağlığı diləyir, yaralı Azərbaycan qazilərinə şəfa diləyirik”.

Bu fikirləri Prezident İlham Əliyevə müraciətlərində Türkiyə Respublikasının Ankara şəhərindən Türk qaziləri Muhammet Kemaloğlu, Erten Acır, Hudaverdi Mercan, Ömər Duran, Ahmet Özduman, İzzət Ertunc, Ümit Kaplan, Ali Gümüştaş, Umut Biçer, Şafaq Mert və Mehmet Çelik bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com