Tümen vilayətinin azərbaycanlılar birliyinin sədri Füzuli Burcuyev Prezident İlham Əliyevə müraciət etdi

“Rusiya Federasiyasının Tümen vilayətinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildiririk və Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik. Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan şanlı Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hissi keçiririk. Ölkədə müxtəlif sahələrdə Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır ki, Sizin Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danışmağa imkan verir. Biz, Tümen vilayətinin Azərbaycan diasporunun nümayəndələri olaraq, Azərbaycanın atəş altında olan kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrinin şəxsi heyəti ailələrinin ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi humanitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk”. Bu fikirləri Rusiya Federasiyasının Tümen vilayətindən “Odlar Yurdu” Tümen vilayətinin Azərbaycan xalqları ictimai birliyinin sədri Füzuli Burcuyev Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Bakıya gözlənilməz dəstək: “Putin erməni dostunun əlini geri çevirir...” – Müsahibə

SONRAKI XƏBƏR

Bakıda iki bacını avtomobil vurub