Çox sağ olun ki... - Xətaidən şəhid ailəsi adından Fatma Heybətova Prezidentə məktub yazdı...

Bakının Xətai rayonundan şəhid ailəsinin üzvü Fatma Heybətova Prezident İlham Əliyevə müraciət edib:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Qarabağ torpaqlarının işğalçı-düşmən ermənilərdən azad olunması üçün döyüşlər gedir. Cəbhədə itkilər verən düşmən tərəfi vicdansızcasına, arsızcasına yaşayış məntəqələrini atəşə tutur, dinc sakinlərin evlərini dağıdaraq həyatlarına qəsd edirlər.

İnanırıq ki, güclü Prezidentimiz və cəsur əsgərlərimiz Qarabağın işğal olunmuş bütün şəhər və rayonlarını azad edəcəklər. Doğma yurdundan, yuvasından didərgin düşmüş məcburi köçkünlər öz elinə, obasına dönməlidirlər. Otuz ildir bu günü biz gözləyirdik.

Otuz ildir işğalçı erməni düşmənləri Azərbaycanın hər bir bölgəsindən olan vətəndaşlarımıza oğul, qardaş, ata dağı çəkiblər. Neçə-neçə evlər başsız, oğulsuz qaldı. Bu döyüş son nəfəsimizə kimi gedilməlidir. Şəhidlərin qanı yerdə qalmayacaq. Çox sağ olun ki, erməni adında hallandırılan yaşayış məntəqələrinin adını ləğv edib onlara əvvəlki adlarını qaytarırsınız.

Mənim həyat yoldaşım şəhid olmuşdur. “Vətən sağ olsun, təki torpaqlarımız işğalçı ermənilərdən azad olunsun” – deyirik”.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana mal əti və dərman idxalı artıb

SONRAKI XƏBƏR

“GM” elektromobillərin istehsalı üzrə zavoda $2 mlrd investisiya qoyacaq